AGK mətbuat orqanları ilə əməkdaşlıq edir

Azərbaycanın ən böyük və ən aktiv gənclədən ibarət təşkilatı olan Azərbaycan Gənclər Klubu öz tərkibinə qatdığı Differens Travel Transport, işə düzəltmə, shopping, təşkilatçılıq xidmətləri ilə öz fəaliyyətini genişləndirib.

Bakumedia.az xəbər verir ki, AGK Azərbaycanın ən fərqli və maraqlı layihələrinin təşkilatçılarından olsa da, bu haqda çox az adam bilir. AGK-nın sədri Rəşad Umudov bildirib ki, indiyə kimi təşkil etdiyimiz layihələrin mətbuatda işıqlandırılmamasından narazıdır. Bu gündən etibarən mətbuatla sıx işləmək istədiyini bildirən gənc sədr, bu vasitə ilə daha çox gənci öz yanlarına cəlb edə biləcəklərinə inandığını deyib. Gənclərin boş vaxtlarını səmərəli şəkildə əyləncəli şou programlarla həm əylənib, həm də öyrənə biləcəkləri bir təşkilat olduğunu vurğulayıb.

Bu gündən etibarən Bakumedia.az saytı ilə Rəsmi Media Partnyoruluğu edən AGK, digər mətbuat orqanları ilə də sıx əlaqələr yaradacağını bildirib.