Bakıya ləkə yaxanlar

Son zamanlar ölkəmizə turist axınının artımı, ölkədə keçirilən “Formula 1” yarışlarının ölkəmizin daha çox göz önündə olmasına səbəb olur. Turistlərin sayının artması bir yandan da ölkəmizin daha da abadlaşdırılmasına səbəb olur. Turistlərdə paytaxtımızın gecə işıqlandırılması xüsusilə maraq oyadır. Bu baxımdan gecələr paytaxtımızın rəmzlərinə çevrilmiş binaların keyfiyyətli işıqlandırılması məsələsi daha aktual xarakter daşıyır. 

Araşdırma nəticəsində bəlli oldu ki, paytaxtımızda binaların işiqlandırılmasının bir çoxu demək olar ki, xarici şirkətlər tərəfindən həyata keçirilib. Amma, həmin işiqlandırmalara diqqətlə baxsaq görərik ki, Chinar Plaza və Milli Gimnastika Arenasından başqa digər obyektlərin işiqlandırma sistemlərində böyük problemlər var. Hətta milyonlarla pul xərclənməsinə baxmayaraq, həmin obyektlərin işıqlandırması gecə vaxtı paytaxtımıza ləkə kimi görsənir.

Araşdırmadan sonra Milli Gimnastika Arenasının hansı şirkət tərəfindən işiqlandırıldığını tapa bilməsək də, Chinar Plazanın yerli şirkətimiz olan “Sharq Group” tərəfindən işıqlandırıldığı məlumatını əldə etdik.

Çox maraqlıdır çəkilən bu qədər xərc, xarici şirkətlərə tökülən bu qədər pulun bəhrəsini əldə edə bilirikmi? Niyə paytaxtımızın gündüz göz oxşadığı müasir binalar şəhərimizə gələn turistlər tərəfindən yarı-yarımçıq işıqlandırma ilə yadda qalsın?

Həmin prospektdə yerləşən “Chinar Plaza”nı göz önünə gətirsək görərik ki, dövlət başçısı İlham Əliyevin özü həmin plazanın açılışında şəxsən iştirak edib və binanı çox bəyənib.

Hazırda ölkəmizdə yeni layihələr həyata keçirilir. Amma bir dəfə xarici şirkət tərəfindən aldadılan bəzi yerli şirkətlər ikinci dəfə yenidən xarici şirkətlərə pul tökür. Həmin yerli şirkətlərin niyə digər yerli şirkətlərlə işləmək istəmədiyini bilmirik. Yəqin ki, yenidən milyonlarla pulu xarici şirkətlərə töküb aldadılmaq onlara bu dəfə baha başa gələr.

Yeni tikilməkdə olan layihə “Baku Towers” öz işiqlandırmasını artıq yerli şirkət olan “Sharq Group”a həvalə edib. Həm keyfiyyət, həm də sərfiyyət baxımından daha əlverişli olan “Sharq Group” bu işi ilə də, xarici şirkətlərlə işləyən yerli şirkətləri utandıracağına əmindir.

Bakumedia.az  “Sharq Group” şirkətinin idarə heyəti ilə əlaqə qurub. Çətinliklə də olsa şirkətin sahibi Polad Süleymanovla söhbətləşə bildik. Söhbət əsnasında Polad müəllim bildirdi ki, “Sharq Group”da heç bir xarici işçi yoxdur: "Bütün işçilərimiz azərbaycanlı gənclərdən ibarətdir. Kim deyir ki, xarici mütəxəssislər daha savadlı olur? Bizim gənclərə imkan yaradandan sonra görmək olur ki, gənclərimiz daha savadlı, daha həvəslidir. Biz komandamızda ancaq öz yerli gənclərimizə üstünlük veririk. Xarici şirkətlərlə işləyən yerli şirkətlər bilməlidirlər ki, biz onların gördüyü işi daha keyfiyyətli və daha ucuz qiymətə görürük. Cənab Prezidentində dediyi kimi, yerli şirkətlərlə işləməyə üstünlük verilməlidir. Bu həm də ölkəni iqtisadi cəhətdən güclənməsinə gətirib çıxarar".

"Nə səbəbə biz milyonlarla dolları xarici şirkətlərə verib ölkədən kənara valyuta çıxarmalıyıq? Öz şirkətlərimizlə əlbir fəaliyyət göstərməklə qazancı ölkədə saxlaya bilərik. Bununla biz iqtisadiyyatımızın güclənməsinə dəstək verə bilərik. Xarici şirkətlərin burda bahalı iş görməsinin səbəbi odur ki, onların işçilərini burada qarşılamaq yerləşdirmək, yemək və digər xərclərini qarşılamaq qiyməti 2 qat artmasına gətirib çıxarır. Amma biz yerli şirkət olaraq bütün bunları xərclərdən çıxırıq. Xarici şirkətlər ölkədə gördükləri işlərə zəmanət verir və işlərinə “BLOK” qoyur. Bir müddət sonra nasazlıq yaranır o nasazlığı aradan sadəcə özləri qaldıra bilir. Onun üçün yenidən ölkəyə gəlmək, ən az 2 həftə qalmaq, yemək və bəzi xərclərini qarşılamaq çox böyük məbləğə başa gəlir. Biz isə elə ölkədəyik verdiyimiz zəmanət bitdikdən sonra belə, nəsə problem olduqda sevə-sevə biz o işi qarşılıqsız həll edirik. Axı biz öz ölkəmiz üçün çalışırıq. Hər kəs istəyər ki, öz işi həmişə yaxşı olsun. Xarici şirkətlər bunun marağında deyil", - deyə Polad Süleymanov bildirib.

Şirkətdən həmçinin bildiriblər ki, dövlət başçısı İlham Əliyevin dediyi yerli şirkətlərlə işləmək prinsipinə isə hələ ki, “Azinko Holding” və “PASHA Holding” riayət edir.

"Biz də öz növbəmizdə ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlığımızı bildirik ki. Yerli şirkətlərə yaratdıqları şərait nəticəsində gördüyümüz işlər Bakıya gələn turistlər tərəfindən bəyənilib və xaricə dəvətlər almışıq. Aldığımız bir dəvəti qəbul edib Birləşmiş Ərəb Əmirliklərində fəaliyyətə başlamışıq”, - deyə vurğulanıb.

Qeyd edək ki, “Sharq Group” Tacikistan, Qazağıstan, Tatarıstanda və bir sıra başqa dövlətlərdə fəaliyyət göstərir.

2017-ci ildən etibarən şirkətin Dubayda “Sharq Madina” adı altında yeni bir qolu fəaliyyət göstərməyə başlayıb.

Nihat HÜSEYNZADƏ