İRAN VƏTƏNDAŞI AZƏRBAYCANDAN 10 PİŞİK BALASINI ÇIXARTMAĞA ÇALIŞARKƏN SAXLANILIB - FOTO

Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb.

Bakumedia.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən (DSX) "Report"a verilən məlumata görə, mayın 17-də dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Belə ki, Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azər­bay­can Respublikasından İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanıl­ıb. Sərhəd pozucusunun tutulduğu əraziyə ba­xış keçirilərkən 1 qu­tuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olun­­ub.

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Mima Fərhad Kakavənd olması, pişik bala­larını satış məqsədi ilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəy­yən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakumedia.az