Jalüzə görə cərimə qanunsuzdur - Məhkəmə qərar verdi - FOTO

Avtomobilə mövsümə uyğun jalüz tələb etmək absurddur.

Bakumedia.az "avtostop.tv"yə istinadən xəbər verir ki, mövsümdən kənar isə jalüz istifadə etməyə görə cərimə yazılması isə tam qanunsuzdur. Çünki qanunda belə bir tələb mövcud deyil. Yəni, qırmızı işığa görə 60 manat, amma ondan dəfələrlə təhükəsiz olan jalüzə 150 manat ? Quba rayon məhkəməsi isə bu absurd cəriməni ləğv etdi.

Biz daim AvtoStop verilişində sürücülərə məhkəməyə müraciət etməklərini tövsiyə edirik. Çünki DYP inspektoruları bəzən praktikada istifadə etdikləri metodlardan qaynaqlanaraq cərimə tətbiq edirlər. Sənayə üsullu jalüzüz cəriməlik olmadığı qanunla da təsbit edilib. Lakin DYP əməkdaşları isə Noyabrın 15-i olan kimi hamıya 150 manat cərimə yazırdılar. Əsaslandırdıqları maddə isə plyonka və pərdə maddəsi idi. Mirhüseyn adlı dinləyicimizn də başına belə bir iş gəlib. Ona 150 manat cərimə yazıblar. Lakin Mirhüseyn bizim dediyimizə əməl edib inspektorun qərarından məhkəməyə müraciət edib. Quba rayon məhkəməsi isə qanunun tələblərini əldə əsas tutaraq bu cəriməni ləğv edib. Bundan sonra nə olmalıdır ?

Bakumedia.az