"Mado"da doğum günü qadağası-FOTO

Azərbaycanda brend halına gəlmiş restoran şəbəkələrindən biri də hamımızın tanıdığımız “Mado” restoranlar şəbəkəsidir. Bu restoran şəbəkəsi demək olar ki, ərəb turistlərin sayının çoxalmasından sonra yerli müştərilərlə davranış qaydalarında qəti şəkildə dəyişiklik etməyə başlayıb.

Belə ki, Bakumedia.az saytının hadisə yerində olan əməkdaşının sözlərinə görə: “ Müştərilərdən birinin doğum gününü təbrik etmək məqsədi ilə, dostlarından biri yanında gətirdikləri  tortu kəsmək istəyərkən problemlə rastlaşıblar. "Mado"da yedikləri yeməkdən sonra, tortu stola qoyub onu kəsmək istəyən müştəriyə yaxınlaşan "Mado" restoranlar şəbəkəsinin əməkdaşları "Gənclik Mall"-da yerləşən restoranda doğum günü tortundan dadmağa icazə verməyiblər. Üstəlik bu qadağanın rəhbərlik səviyyəsində qadağa olduğunu bildiriblər. Müştəri öz növbəsində bunun doğum günü hədiyyəsi olduğunu bildirsə də, icazə verilməyib.”

Əməkdaşımızın bildirib ki, müştərilər restoranı tərk edərkən, boykot etmək məqsədi ilə həmən doğum günü tortunu "Mado"-ya simvolik olaraq hədiyyə ediblər.

Qeyd etmək lazımdır ki, bu şikayət Mado restoranlar şəbəkəsindən olunan ilk şikayət deyil. Xarici turistlərin ölkəmizə axınından sonra Madonun yerli müştərilərə qarşı göstərdikləri məsuliyyətsiz və laqeyd xidmət diqqətimizdən yayınmayıb.

Bakumedia.az