Türkiyə Prezidenti ermənilərə çağırış etdi

Ərdoğan "erməni soyqırımı” tərəfdarlarına səsləndi? ”"Biz arxivləri açdıq, çürətiniz varsa, siz də açın”
"Uydurma "erməni soyqırımı”nı tanıtmağa cəhd edənlərə dəfələrlə çağırış etdim: biz arxivləri açdıq, cürətiniz varsa, siz də açın. Ancaq açmadılar”. Bunu Türkiyənin 7 bölgəsində vəqflərə bağlı olan və bərpa edilmiş 250 tarixi abidənin toplu açılışında Türkyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Bakumedia.az bildirir ki, canlı yayımlanan açılışda çıxış edən Prezident Ərdoğan deyib ki, erməni diasporu uydurma "erməni soyqırımı”nı tanıtmaq üçün çoxlu pullar xərcələyir: "Onların pulları da çoxdur, pul xərcləyirlər ki, Türkiyəni günahkar durumuna gətirsinlər”.
Prezident erməni diasporuna, Ermənistana və bu ölkənin lobbiçiliyini edənlərə müraciətlə deyib: "Biz günahkar durumuna gətirə bilməyəcəksiniz. Çünki biz haqlıyıq”.
Cənab Ərdoğan Ttürkiyə Prezidentinin arxivinin, eləcə də, Türkiyə Silahl Qüvvələrinin arxiv materiallarının araçdırmalara açıldığını bildirib və ermənilər də daxil olmaqla hər kəsə: "Buyurub incələyə bilərlər” deyə fikrini tamamlayıb.(Bizimyol)